AZ

Xırdalanda oğurluq edən şəxs saxlanıldı

Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Seçilən
67
14
metbuat.az

10Mənbələr