ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya paytaxtı Moskva şəhərində ölkənin ən böyük nəşriyyat və kitab ticarəti şirkətlərindən biri olan “Eksmo”nun rəhbərliyində axtarışlar aparılıb.
“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, istintaq hərəkətləri “ekstremist təşkilatın fəaliyyətinin təşkili” maddəsi üzrə açılmış cinayət işi çərçivəsində həyata keçirilir.
Məlumata əsasən, holdinqin baş direktoru Yevgeni Kapev saxlanılıb. Onun hansı statusda saxlanıldığı dəqiq açıqlanmayıb.
Daha sonra Komersant və TASS də daxil olmaqla bir neçə media qurumu axtarışlar və saxlanma faktını təsdiqləyib. Lakin rəsmi qurumlardan və nəşriyyatın özündən hələlik açıqlama verilməyib.
Mediada yayılan məlumatlara görə, iş “LGBT mövzusunda ədəbiyyatın yayılması” ilə bağlıdır. Rusiya hüquq-mühafizə orqanları bu mövzunu “ekstremist fəaliyyət” kimi qiymətləndirir.
İddialara görə, şirkət yetkinlik yaşına çatmayanlara “LGBT məzmunlu ədəbiyyatın yayılması” üçün sxem hazırlayıb. Xüsusilə “Pioner qalstuku ilə yay” adlı romanın adı çəkilir.
Keçən il bu işlə bağlı “Popcorn Books” və digər əlaqəli nəşriyyatların üç əməkdaşı saxlanılmışdı. Onlara “ekstremist təşkilat fəaliyyəti” ittihamı irəli sürülüb.
2023-cü ildən Rusiyada LGBT mövzularının “təbliğatı” qadağan edilib və buna görə fiziki şəxslər və şirkətlər üçün yüksək məbləğli cərimələr nəzərdə tutulur.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.