Bakı. Trend:
İran ərazisində Culfa-Kəlalə magistral yolu regionun stratejidəhlizinə çevriləcək.
Trend-inməlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini vəYol və Nəqliyyat İnfrastrukturlarının Tikintisi və İnkişafıŞirkətinin icraçı direktoru Huşəng Bazvənd Culfa-Kəlalə marşturuilə yaxından tanış olarkən deyib.
Onun sözlərinə görə, bu magistral yol İranı Naxçıvan MuxtarRespublikası, Ermənistan və Azərbaycana birləşdirən əsas yollardanbiridir. Regionda baş verən proseslər, xüsusilə də Zəngəzurdəhlizini nəzərə alaraq Culfa-Kəlalə marşrutununtəkmilləşdirilməsinin sürətləndirilməsi xüsusi əhəmiyyət kəsbedir.
Bazvənd bildirib ki, Culfa-Kəlalə magistral yolunun uzunluğu 107kilometrdir. Onun tikintisinə 3 il öncə başlanıb və hazırda buyolun 90 kilometrdən çoxunda tikinti işləri davam etdirilir.
“Culfa-Kəlalə magistral yolunda fiziki işlərin 45%-i başaçatdırılıb. 28 kilometri isə asfaltlanıb. Sözügedən yoldaümumilikdə 9 km uzunluğunda 20 tunel olacaq. İndiyə qədər 4,7 minmetr uzunluğunda hedinq (heding) işləri, 1,85 min metr uzunluğundabenç (bench) işləri və 900 metrdə isə layninq (lining) işləriaparılıb”, - deyə o qeyd edib.
Bazvənd magistral yolun təkmilləşdirilməsi üçün 150 trilyon rial(təxminən 113 milyon dollar) dəyərində vəsaitə ehtiyac var. Buvəsait zamanında təmin olunduğu halda 1 il ərzində işləriyekunlaşdırmaq mümkün olacaq.
Araz çayı üzərində sərhəd avtomobil körpüsünün tikintisinəmünasibət bildirən Bazvənd əlavə edib ki, 374 metr uzunluğundasərhəd avtomobil körpüsündə işlər tamamlanıb və hazırda asfaltlanmaişləri aparılır. Bu körpü uyğun zamanda iki ölkə rəsmiləritərəfindən istifadəyə veriləcək.
Şirkət rəsmisi qeyd edib ki, Kəlalə sərhəd terminalında inşaişləri davam etdirilməkdədir. İlk mərhələdə sərhəd avtomobilkörpüsünün istifadəyə verilməsi ilə bu terminalın da bir hissəsininistifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, İran və Azərbaycan arasında Araz çayı üzərindəuzunluğu 374 və eni isə 27,6 metr təşkil edəcək avtomobilkörpüsünün inşa edilir. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcızolaqlardan ibarət olmaqla hər bir istiqamət üzrə körpü üzərində2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.