AZ

ABŞ Prezidenti İranla razılaşmanın imzalanacağına inanır

ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın imzalanacağına inanır.

APA xəbər verir ki, o, bu barədə CNBC-yə müsahibəsində deyib.

“Düşünürəm ki, ABŞ İranla çox gözəl bir razılaşma əldə edəcək. Məncə, onların başqa seçimi yoxdur. Onların donanmasını, Hərbi Hava Qüvvələrini, liderlərini aradan götürmüşük”, - Tramp bildirib.

O, İranın hazırkı liderlərini daha rasional hesab etdiyini vurğulayıb: “Bu, rejim dəyişikliyidir, fərqi yoxdur siz bunu necə adlandırmaq istəyirsiniz”.

O, İranda rejimi dəyişdirəcəyinə dair vəd vermədiyini desə də, buna dolayı yolla nail olduğunu iddia edib.

Seçilən
21
1
apa.az

2Mənbələr