AZ

Niyazi Bayramov Çindaoda bərk məişət tullantılarının emalı müəssisəsi ilə tanış oldu FOTOLAR

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Çindaoda fəaliyyət göstərən bərk məişət tullantılarının emalı müəssisəsinə baş çəkib.

Globalinfo.az bildirir ki, burada müasir texnologiyalar əsasında qurulan müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüş zamanı keçirilən müzakirələrdə təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev, eləcə də Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları daxildir.

Xatırladaq ki, Gəncə ilə Çindao şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında saziş 2023-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Çindaoda təşkil etdiyi “Xalq diplomatiyası və qardaşlaşmış şəhərlər” forumu çərçivəsində imzalanıb. Bu səfər qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasından sonra həyata keçirilən ilk rəsmi səfərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
globalinfo.az

1Mənbələr