Ordubadda yanğın: 2 otaqlı ev yandı
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində yanğın olub.
Bu barədə aia.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
aia.az