Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Mütəxəssislərin fikrincə, düzgün qidalanma beyin sağlamlığının qorunmasında mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, bəzi qidalar demans riskini azalda bilər.
Axşam.az xəbər verir ki, əssər insanlar ürək sağlamlığı üçün hansı qidalardan çəkinməli olduğunu bilirlər. Bəs yediyiniz qidaların beyninizə təsiri barədə nə qədər tez-tez düşünürsünüz?
"The Huffington Post" qəzetinin məlumatına görə, Nyu-Yorkun Lonq Aylend şəhərindəki klinikalardan birində bununla bağlı sınaq aparılıb. Beyin bədən çəkimizin təxminən 2 faizini təşkil edir, lakin bütün kalorilərimizin təxminən 20 faizini istehlak edir. Beyin bədənimizdəki digər orqanlardan daha çox kalori istifadə edir, buna görə də yediyimiz şey beyinə böyük təsir göstərir.
Qidalanma və düzgün pəhriz beyin sağlamlığının qorunması üçün vacibdir. Düzgün qidalanma zehni itiliyimiz və canlılığımız üçün vacibdir. Bədənimizi idman və balanslı qidalanma ilə qoruduğumuz kimi, beynimizi də canlı və gənc bir zehn üçün düzgün qidalarla qidalandırmaq vacibdir.
Kifayət qədər yuxu vacibdir, çünki beyin yuxu zamanı özünü əsasən bərpa edir. Sağlam olmayan qidalanma həm bədənə, həm də beyinə mənfi təsir göstərə bilər. Səhv qidalanma bağırsaq mikrobiotasına mənfi təsir göstərərək iltihaba səbəb ola bilər ki, bu da beyinə təsir edə bilər. Piylənmədən əziyyət çəkən insanlar Alzheimer demansının inkişaf riski altındadırlar.
AVOKADO: Sağlam tək doymamış yağlar ehtiva edir. Bu yağlar damar xəstəliklərini azaldır və sadə karbohidratların və ya doymuş yağların mənfi təsirləri olmadan beyni keyfiyyətli enerji ilə təmin edir.
BROKKOLİ: Brokoli, sulforafan kimi birləşmələri ehtiva edən xaççiçəkli bir tərəvəzdir. Bu birləşmələr iltihabı azaldır.
QARAGİLƏ: Onlar sinir elastikliyini və beyin qan axınını artıraraq beyni qoruyan flavonoidlər ehtiva edir.
YUMURTA: Yumurta sarısı xolinlə zəngindir. Xolin yaddaş üçün vacib bir neyrotransmitter olan asetilkolinin istehsalında rol oynayır.
YAĞLI BALIQ: Qızılbalıq, sardina və skumbriya kimi yağlı balıqlar omeqa-3 yağ turşuları ilə zəngindir. Bu yağlar yaddaşı gücləndirir, əhval-ruhiyyəni tənzimləyir və idrak zəifləməsini azalda bilər.
YAŞIL YARPAQLILAR: İspanaq və kələm kimi tərəvəzlər iltihabı azaldır və idrak fəaliyyətini yaxşılaşdırır. Tərkibindəki maqnezium stressi azaltmağa və qan təzyiqini tarazlaşdırmağa kömək edir.
TUNA: Tuna dopamin və norepinefrin istehsalı üçün vacib olan amin turşusu tirozini ehtiva edir.
ZƏNCƏFİL: İdrak funksiyalarını dəstəkləyir və sinir hüceyrələrini qoruyaraq Alzheimer və Parkinson kimi xəstəliklərə qarşı fayda verə bilər.
FERMENTLƏŞDİRİLMİŞ QİDALAR: Kefir, turşu və qatıq kimi fermentləşdirilmiş qidalar bağırsaq sağlamlığını dəstəkləyir. Tədqiqatlar bağırsaq və beyin arasında əlaqə olduğunu göstərir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.