AZ

Uşaqlar üçün “Təmiz Şəhər”in təsərrüfat sahələrinə ekskursiya təşkil olunub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Dövlət sosial Müdafiə Fondu (DSMF ) tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti maarifləndirici tədbir həyata keçirilib.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhidlərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladlarının cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və onların maarifləndirilməsi məqsədi daşıyan tədbirdə təxminən 30 nəfər uşaq üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə ekskursiya təşkil edilib. Ekoloji biliklərin artırılması, ətraf mühitin qorunmasına dair məsuliyyət hissinin formalaşdırılması məqsədilə tullantıların düzgün idarəolunması, çeşidlənməsi və təkrar emalı prosesləri barədə iştirakçılara ətraflı məlumat verilib.Uşaqlar tur çərçivəsində təkrar emalla məşğul olan “Çapar”, “AtaPack”, “Foriella”, “Oven Food Bakery” və "Paprec Energy Azerbaijan" şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olub, müasir texnologiyalar vasitəsilə tullantıların düzgün idarə edilməsi prosesini izləyiblər.

Sonda uşaqların ekoloji maarifləndirilməsi və cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edən iştirakçılar üçün çay süfrəsi təşkil edilib və onlara xüsusi hədiyyələr təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
azertag.az

1Mənbələr