Rusiyanın Kemerovo şəhərində sərxoş yeniyetmə dayanacaqda böyük dağıntı törədib.
Publika.az “Mk.ru”ya istinadən xəbər verir ki, Kuzbass bölgəsində 16 yaşlı oğlan dayanacaqda 11 avtomobilin təkərlərini bıçaqla yararsız hala salıb.
O, həmçinin iki avtomobilin şüşəsini sındıraraq içərisindən audio sistemləri oğurlayıb.
Məlumata görə, oğurlanan əşyalar polis tərəfindən götürülərək sahiblərinə qaytarılıb.
Saxlanılan şəxs dindirmə zamanı sərxoş olduğu üçün etdiklərinin ciddiliyini anlamadığını bildirib.