AZ

Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya aparılıb - RƏSMİ

Bu gün Bakı metrosunda baş verən hadisədə iki qadın- 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər (qadın) - 25 həftəlik hamilə qadın və sağ çiynin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

9 nəfərə arterial hipertenziya və stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.

"Cebheinfo.az"

Seçilən
30
22
cebheinfo.az

10Mənbələr