AZ

Dənizdə qaynar təmas! ABŞ əsgərlərini gəmiyə belə yerləşdirdi

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ Müdafiə Nazirliyi Amerika dəniz qüvvələrinin gecə saatlarında Hind-Sakit okean bölgəsində neft tankerini ələ keçirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, əməliyyat İrana maliyyə dəstəyi verdiyi iddia edilən və sanksiya siyahısına daxil edilmiş bir gəmini hədəf alıb.

Bəyanata görə, ABŞ qüvvələri hər hansı insident baş verməzdən əvvəl “vətəndaşlığı olmayan” kimi təsnif edilən və INDOPACOM məsuliyyət zonasında fəaliyyət göstərən xam neft tankeri “M/T Tifani”yə qarşı dənizdə ələ keçirmə və minmə əməliyyatı həyata keçirib. Botsvana bayrağı altında üzən gəmi əməliyyat zamanı müqavimət göstərməyib.

Tankerin Sinqapur istiqamətində hərəkət etdiyi və sonuncu dəfə Hind okeanında müşahidə olunduğu bildirilib.

ABŞ Müdafiə Nazirliyi vurğulayıb ki, İrana maliyyə dəstəyi verdiyi iddia olunan gəmilərə qarşı qlobal dəniz nəzarəti davam etdiriləcək. Bəyanatda qeyd olunub: “Beynəlxalq sular sanksiya tətbiq edilən gəmilər üçün sığınacaq deyil.”

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
128
25
icma.az

10Mənbələr