AZ

Gürcüstan kimi bizi də itirəcəksiniz Zelenski

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əgər Ukrayna, Türkiyə, Norveç və Böyük Britaniya AB üzvləri olsaydılar, dünyanın ən güclü ordusuna sahib olardınız.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu, dünyanın ən güclü ittifaqına çevrilərdi. Birlikdə bu ölkələr və Avropa Birliyi ağıllı mühəndislərə, ən yaxşı texnologiyalara, ən yaxşı dronlara, raketdən müdafiə vasitələrinə, radioelektron mübarizə sistemlərinə və proqram təminatına malikdir.

Bizə siyahını verin, biz hər şeyi edəcəyik. Bizə “yüngülləşdirilmiş AB” təqdim etməyin, bizimlə dürüst olun. Bizə konkret bir tarix verin.

Əlavə heç nə tələb etməyin. Bizi digər namizəd ölkələr kimi qəbul edin. Əks halda, Gürcüstan kimi Ukraynanı da itirmək riskiniz var”, - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
axar.az

2Mənbələr