"ABŞ-İran qarşıdurması fonunda müxtəlif bəyanatların verilməsi, onların təkzib edilməsi kimi proseslərin arxa planında danışıqların getməsi, hətta razılaşmanın olacağı xəbərləri onu deməyə əsas verir ki, danışıqlar baş tutmalıdır".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov bildirdi.
Onun sözlərinə görə, İranın daxilindən müxtəlif səslərin gəlməsi hakimiyyət daxilində fikir ayrılığının olması fikrini formalaşdırır:
"Amma bunun danışıqların nəticəsinə təsir etməsi məsələsini Pakistan ordusunun komandanı Asim Munirin İrana səfər etməsi fonunda aparılan danışıqlarla müəyyən etmək lazımdır. Görünən odur ki, arxa planda danışıqlarda irəliləyişlər var. Ən azı son görüşün baş tutması ehtimalı böyükdür. Keçən görüşdə İran nümayəndə heyəti ali dini liderin mövqeyini öyrənmək üçün vaxt lazım olduğunu bildirərək görüşü nəticəsiz başa vurmuşdu. Danışıqlar üçün görüşün hazırlanması fonunda ABŞ-nin regiona əsgər toplaması, silah-sursat daşıması, İsraildən gələn yenidən müharibə bəyanatları fonunda gözlənilən görüşün nəticəsini proqnoz etmək çətindir. Danışıq baş tutsa belə, bunun nəticə verəcəyi də naməlumdur. Hesab edirəm ki, tərəflər üçün açıq qalan məsələlər olduğu müddətcə danışıqların nəticə verməsi ehtimalı azdır. Nəticə üçün şəraitin olmadığı qənaəti hasil olur. Yenidən müharibənin başlayacağı ehtimalı böyükdür".
Aytəkin TOFİQQIZI