AZ

Bu ölkədə yəhudilərin obyektlərinə hücumlar başladı FOTO

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Böyük Britaniyanın paytaxtı Londonda terrorla mübarizə polisi son 48 saat ərzində baş verən bir neçə yanğın hadisəsi ilə bağlı daha 8 nəfəri saxlayıb.

Globalinfo.az xəbər verir ki, məlumatı “BBC” nəşri yayıb.

Saxlanılanlardan 7-si yəhudi icması ilə əlaqəli obyektlərə qarşı qəsdən yanğın törətmək məqsədilə sövdələşmə aparmaqda şübhəli bilinir. Konkret hədəf hələ müəyyənləşdirilməyib.

Ümumilikdə Hatzola təşkilatına məxsus təcili yardım maşınlarına hücumdan sonra 23 nəfər saxlanılıb. Onlardan 8-nə qarşı ittiham irəli sürülüb.

Bundan əlavə, 17 yaşlı yeniyetmə “Kenton” sinaqoqunun yandırılmasında ittiham olunur. Hadisə zamanı xəsarət alan olmayıb.

Polis bildirir ki, bu hadisələr son həftələr Londonda yəhudi icmasına qarşı yönələn bir sıra insidentlərin davamıdır və hazırda faktlar üzrə araşdırma aparılır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
globalinfo.az

1Mənbələr