AZ

Böyük Vətən Müharibəsi dövründə necə idisə, indi də elə olacaq Putin

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Böyük Vətən Müharibəsi zamanı bütün ölkə cəbhə üçün çalışırdı. İndi də belə olmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Böyük Vətən Müharibəsi zamanı bütün cəbhə əsgərlərimiz və müdafiəçilərimiz üçün çalışdı. Amma onlar yalnız tanklar, təyyarələr, toplar və mərmilər istehsal etmirdilər. Böyük Vətən Müharibəsinin ən çətin aylarında, 1941-1942-ci illərin şaxtalı qışında uşaqlar, nənələr və qadınlar corab toxuyur, cəbhəyə bağlamalar və hədiyyələr göndərirdilər. Qələbələrimizin uğuru məhz bu birlikdədir. İndi də belə olacaq”, – deyə Putin bildirib.

Rusiya Prezidenti əlavə edib ki, Kreml Ukrayna ilə sərhəddə “təhlükəsizlik zonası” yaratmağa davam edəcək.

Kremlə yaxın “Bloomberg” mənbələrinin məlumatına görə, Putin Donald Tramp administrasiyasının vasitəçiliyi ilə bir ildən çoxdur davam edən sülh danışıqları dalana dirəndiyindən müharibəni uzatmağa hazırlaşır. Putin Kiyevə Donbasın tamamilə təslim edilməsini tələb kimi irəli sürür. Ukrayna prezidenti isə ərazi güzəştlərindən imtina edir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
globalinfo.az

1Mənbələr