Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı metrosunda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlıq səbəbindən hərəkət dayanmışdı.
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-dan sonra bərpa edilsə də, qatarların hərəkət intervalında problemlər aradan qalxmayıb.
Bu barədə sərnişinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat bildiriblər.
Qeyd edilib ki, "Dərnəgül" - "28 may" stansiyaları istiqamətində sərnişin sıxlığı yaranıb. Qatarların intervalında gecikmələr olub.
Hazırda stansiyalardaƏ, xüsusən də "28 may" stansiyasında həddindən artıq sərnişin var. Hətta çox sərnişin metroya daxil ola bilmir.
Посмотреть эту публикацию в Instagram
Публикация от @baku.ws_official
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.