AZ

Sürücü avtomobilini qorumaq üçün canını ortaya qoydu VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Avtomobilini qorumaq üçün canını ortaya qoyan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan və qeyri-adi cəsarət nümunəsi kimi qiymətləndirilən insident Rusiyada qeydə alınıb.

Məlumata görə, yanacaqdoldurma məntəqəsində hərəkətə başlayan yük maşını sürücüsü, diqqətsizlik nəticəsində dayanacaqda duran minik avtomobilinə doğru yönəlib. Bu zaman avtomobilinin vurulacağını görən sürücü hadisə yerindən qaçmaq əvəzinə öz bədəni ilə nəqliyyat vasitəsi arasında dayanaraq zərbənin qarşısını almağa cəhd edib.

O, zədənin qarşısını alsa da, bu dəfə özü xəsarətlər alıb.

Sözügedən hadisənin anbaan kadrlarını təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
avtosfer.az

1Mənbələr