AZ

Amerikalılar Rusiyaya gəlməyə hazırlaşır Nə baş verir?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya daha bir səfər planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu ayın əvvəlində ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin səfəri ilə bağlı gözləntilərini ifadə edib.

Lakin danışıqlarla tanış olan mənbə bildirib ki, amerikalılar belə bir səfəri əsaslandırmaq üçün hələ də danışıqlarda irəliləyiş gözləyirlər. Bundan sonra Rusiyaya daha bir səfər etmək niyyətindədirlər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
globalinfo.az

1Mənbələr