AZ

“Anarsız 15 il” adlı tədbir keçirildiVİDEO

O çox genişqəlbli, böyük vətənpərvər, ailəsini sevən, xalqına bağlı bir insan idi. Anar Məmmədxanov, Vətəni təkcə sözlə deyil, əməlləri ilə sevirdi..

Xezerxeber.az xəbər verir ki, bu gün Bakı Kitab Mərkəzində "Bakılı oğlanlar" komandasının kapitanı, ictimai-siyasi xadim  Anar Məmmədxanovun xatirəsinə həsr olunan "Özünə sadiq ömür: Anarsız 15 il" adlı tədbir keçirilib. Tədbir onun vəfatının 15-ci ildönümü münasibətilə təşkil olunub.

İctimai xadimlər, mədəniyyət və incəsənət sahəsinin tanınmış simaları, eləcə də onu yaxından tanıyan dostları Anar Məmmədxanovun zəngin həyat yolu, yaradıcılıq irsi, Azərbaycan gəncliyinə, yumor mədəniyyətinə və ictimai həyata verdiyi töhfələrdən danışıblar. 

Tədbiri giriş sözü ilə açan "Xəzər Media Mərkəzi" nin baş direktoru Murad Dadaşov Anar Məmmədxanovla bağlı xatirələrini bölüşərək dostluqlarından, birgə fəaliyyətlərindən və sənətə baxışlarından bəhs edib. Bildirib ki, o səmimi, vətənpərvər insan idi.

Anar Məmmədxanovun həyat yoldaşı İradə Məmmədxanova çıxış edərək onun həyat və ailə dəyərləri haqqında fikirlərini bölüşüb. Bildirib ki, Anar Məmmədxanovun itkisi  həm fiziki, həm də mənəvi baxımdan onlarda böyük iz qoyub.

Anar Məmmədxanovun oğlu İslam Məmmədxanov atasının vətənə bağlılığından danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
62
xezerxeber.az

1Mənbələr