AZ

Həsrət Cəfərov və Qurban Qurbanov finalda – YENİLƏNİB

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

Yarışa 1/4 finaldan qoşulan Nihat Məmmədli (60 kq) ukraynalı Vladislav Kuzkoya şans tanımayıb – 5:0. Həmyerlimiz yarımfinalda ermənistanlı Suren Ağacanyana (tuş) uduzub və sabah bürünc medal uğrunda Tommaso Bosi (İtaliya) – Suner Konunov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Həsrət Cəfərov (67 kq) startda isveçli Niklas Oehleni 5:1 hesabıyla üstələyib. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevi isə “tuş”la yolundan kənarlaşdırıb. Cəfərov gərgin keçən yarımfinal görüşündə gürcüstanlı Dieqo Çxikvadzeyə 4:2 hesabıyla qalib gələrək 4-cü dəfə böyüklər arasında Avropa çempionatının finalına yüksəlib. Həsrət sabah həlledici görüşdə türkiyəli Murat Fıratla güləşəcək.

Ruslan Nurullayev (72 kq) debütdə ukraynalı Dmitro Vasilyevi (9:5) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Qaspar Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

Qurban Qurbanov (82 kq) bolqarıstanlı Svetoslav Nikolov (7:3) və moldovalı Mihail Braduya (5:4) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov finalın bir addımlığında gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeni üstələyib – 2:1. Qurban sabah həlledici görüşdə rusiyalı Adlet Tyulbayevlə mübarizə aparacaq.

Murad Əhmədiyev (97 kq) finlandiyalı Arvi Savolaynenlə (7:3) xorvatiyalı Filip Smetkodan (2:1) güclü olub. Ancaq 1/4 finalda rusiyalı Artur Sarqsyana məğlub olub – 0:4

Güləşçilərimiz “Çempionlar” turnirinin ilk günündə 5 medal qazanıb

Millilərimiz “Zəfər Kuboku”nda ikinci oldu

Millimizin Avropa çempionatı üçün heyəti bəlli olub

Antalyada "Zəfər Kuboku"nda daha altı medal

Güləşçilərimizdən “Zəfər Kuboku”nun ilk günündə 4 medal

Seçilən
37
2
apasport.az

4Mənbələr