Hesablama Palatası Naxçıvan Ali Məhkəməsində ödəniş və satınalma pozuntuları aşkarlayıb.
Publia.az xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.
Sənədə əsasən, audit 1 yanvar 2023-cü il tarixindən 1 oktyabr 2025-ci ilə qədər dövrü əhatə edib və ümumilikdə 10,7 milyon manat vəsaiti əhatə edib.
Audit nəticəsində müəyyən olunub ki, Ali Məhkəmədə 3 şöbə yaradılarkən minimum tələb olunan 8 ştat vahidi əvəzinə 3-4 ştat vahidi ilə formalaşdırılıb və nəticədə şöbə müdirlərinə 139 min 540,5 manat artıq vəsait hesablanıb.
Bundan başqa, 3 hakimə 37 589 manat müalicə pulu ödənilib, həmçinin hakimlərə məzuniyyət haqqı hesablanarkən əlavə ödənişlər nəzərə alınmaqla 25 418 manat artıq vəsait hesablanıb.