AZ

Şəxsiyyətini ifadə edə bilmədiyindən bankdan kartını götürə bilmirVİDEO

Əlillik dərəcəsi təyin edilən şəxs bank kartını bankdan götürə bilmir... Buna səbəb onun danışa, şəxsiyyətini ifadə edə bilməməsidir...

Xezerxeber.az xəbər verir ki, Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində məskunlaşan Laçın rayon sakini, 63 yaşlı Əjəf Səmədova insult keçirərək bədəninin sağ tərəfinin hərəkət qabliyyətinı itirib. O, danışa da bilmir.

Ailə üzvləri bildirir ki, əlillik dərəcəsi təyin olunsa da, bu ilin yanvar ayından bank tərəfindən verilməli olan kartı götürə bilmirlər. Səbəb isə vətəndaşın özünün yaza və danışa bilməməsidir.

Kapital Bankın Şəki filialından sorğumuza cavab olaraq bildirildi ki, qanunun tələbinə əsasən vətəndaş hər hansı formada şəxsiyyətini ifadə edə bilməlidir. əks halda ona rayon icra hakimiyyəti tərəfinfən rəsmi qəyyum təyin olunmalıdır.

Şəki Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, oxşar hallarda vətəndaşın ailə üzvləri əvvəlcə məhkəməyə müraciət etməli, qəyyumluq üçün əsasları göstərərək qərar almalıdırlar. Bundan sonra isə aidiyyəti üzrə rayon icra hakimiyyətinin müvafiq şöbələri həmin şəxsə qəyyum təyin edir. Vətəndaşın bütün rəsmi işləri də bundan sonra qəyyum tərəfindən aparılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
91
xezerxeber.az

1Mənbələr