AZ

Millinin Qazaxıstanla oyununun başlama saatı dəyişdi

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan milli komandasının Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.

Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
5
futbolpress.az

6Mənbələr