AZ

Tramp ilkə imza atdı: ABŞ tarixində hələ belə şey olmamışdı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə xərclərinin kəskin artırılmasını nəzərdə tutan yeni büdcə təklifini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, sənədə əsasən, ümumi müdafiə büdcəsinin 1,5 trilyon dollara çatdırılması planlaşdırılır. Bu da əvvəlki göstəricilərlə müqayisədə 40%-dən çox artım deməkdir və ABŞ tarixində ən böyük artım hesab olunur.

Təklifə görə, silah tədarükü üçün təxminən 750 milyard dollar vəsait ayrılması nəzərdə tutulur. Büdcədə bir sıra strateji istiqamətlər prioritet kimi müəyyənləşdirilib.

Bunlara ABŞ Hərbi Dəniz Qüvvələrinin genişləndirilməsi, yeni nəsil qırıcı təyyarələrin alınması, süni intellekt texnologiyalarının inkişafı və pilotsuz uçuş aparatlarının (dronların) gücləndirilməsi daxildir. Eyni zamanda, “Qızıl Günbəz” adlandırılan raketdən müdafiə sisteminin yaradılması da əsas layihələr sırasındadır.

Sənəddə həmçinin hərbi qulluqçuların maaşlarının artırılması, eləcə də gəmiqayırma zavodlarının modernləşdirilməsi kimi məsələlər də yer alır.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
globalinfo.az

1Mənbələr