AZ

Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) müvafiq təlimatına əsasən, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi "Son Zəng" tədbiri iyunun 13-də keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə məlumat verilib. Bildirilib ki, "Son Zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

Qeyd edək ki, son zəng tədbiri, adətən iyunun 14-ü keçirilir.

Seçilən
86
42
publika.az

10Mənbələr