AZ

"Estevao ilə Hazardı müqayisə etmək düzgün deyil"

“Çelsi”nin sabiq futbolçusu Floran Maluda klubun hazırkı cinah oyunçusu Estevaonun keçmiş ulduz Eden Hazardla müqayisə olunmasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 45 yaşlı sabiq futbolçu bu cür müqayisələrin futbolçuya kömək etməyəcəyini deyib:

“Estevaonu Hazardla müqayisə etmək düzgün deyil. Bu, ona fayda verməyəcək. Hazard əfsanəvi futbolçudur, çoxsaylı titullar qazanıb və böyük töhfə verib. Amma kontekst tamamilə fərqlidir”, – deyə o bildirib.

Qeyd edək ki, Estevao 2025-ci ildə Braziliyanın “Palmeyras” klubundan “Çelsi”yə 47 milyon avro qarşılığında transfer olunub. Onun London klubu ilə müqaviləsi 2033-cü il iyunun 30-na qədər nəzərdə tutulub.

Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.

Seçilən
52
10
90deqiqe.az

10Mənbələr