AZ

Flik “Barselona”da qalmaq istəyir

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunu tərk etməyi planlaşdırmadığını və müqaviləsini uzatmaq istədiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, alman mütəxəssis bu barədə “Selta” ilə oyun öncəsi keçirilən mətbuat konfransında danışıb:

“Mən müqaviləni uzatmağı planlaşdırıram. Tam səmimi deyirəm. Burada özümü ən yaxşı mühitin içində hiss edirəm. Həyatım, karyeram və ailəm baxımından çox xoşbəxtəm”, – deyə Flik bildirib.

Qeyd edək ki, 61 yaşlı mütəxəssisin “Barselona” ilə mövcud müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Flik rəhbərliyi altında Kataloniya klubu İspaniya çempionluğunu da qazanıb.

Seçilən
86
90deqiqe.az

1Mənbələr