AZ

Uitkoff və Kuşneri İslamabada aparan təyyarə səmada ikən istiqamətini dəyişdi – Trampdan təcili görüş

ABŞ nümayəndə heyətinin planlaşdırılan səfəri gözlənilmədən dəyişib, marşrutun dəyişdirilməsi diqqət çəkib.

Musavat.com xəbər verir ki, Axios jurnalisti Barak Ravid bildirib ki, Stiv Uitkoff və Cared Kuşner hələ də ABŞ ərazisindədir və onların İslamabada planlaşdırılan səfəri baş tutmayıb.

Məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə məxsus təyyarə bu gün səhər Mayamidən Avropaya, oradan isə Pakistana uçmalı idi. Lakin hava gəmisi havaya qalxdıqdan bir neçə dəqiqə sonra istiqamətini dəyişərək Vaşinqtona yönəlib.

Jurnalist qeyd edir ki, bu qərar təsadüfi deyil və Uitkoffla Kuşnerin ABŞ prezidenti Donald Trampla təcili görüş üçün paytaxta çağırıldığı ehtimal olunur.

 

Musavat.com

Seçilən
94
musavat.com

1Mənbələr