AZ

Azərbaycandan Bolqarıstana ixrac olunan neftin həcmi əhəmiyyətli dərəcədə artıb

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 67,9milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 130,8min ton neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövründə qeydəalınmış göstərici ilə müqayisədə dəyər ifadəsində 19,7 milyon ABŞdolları və ya 40,9 faiz, fiziki həcm baxımından isə 51,5 min ton vəya 64,9 faiz çoxdur.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 48,2milyon ABŞ dolları dəyərindən bitumlu süxurlardan əldə edilmiş 79,3min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digərölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixracedilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Seçilən
19
18
az.trend.az

10Mənbələr