AZ

Terrorçuların təyyarəni qaçırmasının imkan verməyən rusiyalı pilot ölüb

1973-cü ildə terrorçular tərəfindən əsir götürülmüş Yak-40 təyyarəsinin komandiri İvan Kaşin Bryanskda vəfat edib.

Sovet İttifaqı Qəhrəmanı İvan Kaşin 90 yaşında Bryanskda vəfat edib. 1973-cü ildə sərnişin təyyarəsinin qaçırılmasının qarşısını aldığı və təyyarədəkiləri terrorçulardan xilas etdiyi üçün şöhrət qazanıb.

Deyilənə görə, o, qəza siqnalı göndərib təcili eniş etməyi bacarıb, bundan sonra hücum edənlər zərərsizləşdirilib. Xidmətini başa vurduqdan sonra Kaşin doğma bölgəsində gənclər təhsili üzrə çalışıb.

Dyatkovo Aviasiya Kadet Korpusu İvan Kaşinin adını daşıyır. Qəhrəman pilotun xatirə mərasimi aprelin 23-də Bryansk Dram Teatrında keçiriləcək.

Seçilən
51
1
qaziler.az

2Mənbələr