AZ

“Hizbullah” İsrail ordusunun mövqelərini atəşə tutub

Bakı. Trend:

“Hizbullah” Livan ərazisinə edilən hücuma cavab olaraq İsrailinşimalında yerləşən Kfar Giladi yaşayış məntəqəsi yaxınlığındakıİsrail ordusunun mövqelərini atəşə tutduğunu bəyan edib.

Trend-inməlumatına görə, bu barədə hərəkatın “Telegram” kanalında yayılanaçıqlamada bildirilib.

Hərəkatın məlumatına görə, İsrail atəşkəsi 200 dəfədən çoxpozub. Qeyd olunub ki, cavab olaraq “Hizbullah” döyüşçüləri Livanıncənubundakı yaşayış məntəqələrinə atəş açmaq üçün istifadə edilənKfar Giladi yaxınlığındakı İsrail Müdafiə Qüvvələrinin artilleriyamövqeyinə raket və pilotsuz uçuş aparatları ilə zərbələrendiriblər.

Xatırladaq ki, aprelin 17-dən etibarən Livanda İsrail ilə 10günlük atəşkəs qüvvəyə minib.

Məqalədə:
Seçilən
109
3
az.trend.az

4Mənbələr