AZ

Livan-İsrail görüşündə iştirak edəcək ABŞ nümayəndə heyətinin adları açıqlanıb

Vaşinqton, 22 aprel, AZƏRTAC

ABŞ Dövlət Departamentində Livan və İsrail rəsmiləri arasında aprelin 23-də keçiriləcək görüşdə iştirak edəcək ABŞ nümayəndə heyətinin adları açıqlanıb.

AZƏRTAC-ın “News Nation”a istinadən verdiyi məlumata görə, görüşdə Dövlət katibi Marko Rubio, müşavir Maykl Nidham, ABŞ-ın İsrail və Livandakı səfirləri, həmçinin bu ölkələrin ABŞ-dəki səfirləri iştirak edəcək.

Bu, iki ölkə arasında ABŞ-də keçirilən danışıqların ikinci mərhələsidir.

Bu görüş ötən cümə günü “Hizbullah” və İsrail arasında atəşkəs rejiminin qüvvəyə minməsindən sonra baş verir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

 

Seçilən
136
6
azertag.az

9Mənbələr