AZ

Bu iki sousu qarışdırmayın: Qaraciyəri sıradan çıxarır

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Şəhər kənarında, manqal başında keçirilən istirahəti dadlı souslar olmadan təsəvvür etmək çətindir. Amma görünür, süfrəyə qoyduğumuz hər əlavə ətin dadını artırmaqla bərabər, sağlamlığımız üçün gizli təhlükə də yarada bilər.Demokrat.az xəbər verir ki, dietoloq Darya Rusakova kababın yanında yeyilən bəzi sousların orqanizmə ciddi ziyan vurduğunu açıqlayıb.Həkimin sözlərinə görə, ən təhlükəli seçim ketçup və mayonezi qarışdırmaqdır. Bu kombinasiya şəkər, sirkə və yüksək yağın birləşməsi deməkdir ki, nəticədə qaraciyər və mədəaltı vəzi həddindən artıq yükə düşür. Xüsusilə yağlı donuz əti ilə bu sousları yemək maddələr mübadiləsini pozur və bədəndə artıq maye toplanmasına səbəb olur.Həmçinin oxu:

Binəqədi sakinlərinə şad xəbər

Bu maşınlar 4 min ucuzlaşdı

Qapının ağzına bir ovuc tökün: Həmişəlik yoxa çıxacaqlarSirkə əsaslı souslar da mədə-bağırsaq sistemi üçün risklidir. Qastrit, şəkərli diabet və böyrək çatışmazlığı olan şəxslər belə əlavələrdən uzaq durmalıdırlar. Dietoloq bildirir ki, fərqli tərkibli, məsələn, turş və yağlı sousları eyni vaxtda istifadə etmək həzm prosesini çətinləşdirir.Mağaza məhsullarındakı duz, konservant və rəngləyici maddələr də bağırsaq mikroflorasına mənfi təsir göstərir. Həkim xüsusilə nişastalı və süni qatqılı souslardan qaçmağı tövsiyə edir. Əgər ketçup alırsınızsa, onun "ekstra" və ya yüksək kateqoriyalı olmasına diqqət yetirməlisiniz, çünki onlarda pomidor pastasının payı daha çoxdur.Ən sağlam alternativ kimi ev şəraitində hazırlanan təbii qatıq, bitki yağları və göyərti əsaslı souslar təklif olunur. Bu cür əlavələr həm ətin dadını açır, həm də həzmə kömək edir.Yəni, kabab yeyərkən mağazadan alınan hazır ketçup və mayonezdən imtina edib, evdə hazırlanan təbii qatıqlı və ya təmiz pomidor tərkibli souslara üstünlük vermək lazımdır.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
50
demokrat.az

10Mənbələr