ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Gecə yarı səbəbsiz yerə oyanıb tavanı seyr edirsinizsə və yenidən yuxuya getmək sizin üçün işgəncəyə çevrilirsə, səbəbi çox uzaqda deyil, məhz mətbəxinizdə axtarmalısınız. Görünür, qaranlıq saatlarda rahat dincəlməyin sirri apteklərdəki həblərdə deyil, gün ərzində yediyimiz qidaların rəngarəngliyində gizlənib.Demokrat.az xəbər verir ki, ABŞ-nin Çikaqo və Kolumbiya universitetlərinin alimləri meyvə və tərəvəz istehlakının artırılmasının yuxu keyfiyyətinə birbaşa təsir etdiyini müəyyən ediblər. Aparılan araşdırmalara əsasən, gündəlik rasionunda bitki mənşəli qidalara üstünlük verən şəxslərdə yuxunun fasiləsizliyi təxminən 16 faiz yaxşılaşır. Gənc könüllülərin iştirakı ilə keçirilən təcrübədə mobil tətbiqlər və xüsusi bilək monitorları vasitəsilə qidalanma ilə yuxu rejimi arasındakı bağ analiz edilib.Tədqiqatın nəticələri göstərir ki, az meyvə-tərəvəz qəbul edən insanlar gecə boyu daha tez-tez oyanır və yuxunun yüngül mərhələsində qalırlar. Alimlər "yuxu kəsilməsi indeksi"ni əsas götürərək bildiriblər ki, düzgün qidalanma orqanizmə dərhal təsir edir. Yəni gün ərzində yediyiniz sağlam məhsullar elə həmin gecənin daha dinc və dərin keçməsini təmin edə bilər. Kiçik pəhriz dəyişiklikləri yorğun oyanmaq problemini aradan qaldırmaq üçün ən sadə və effektiv üsul hesab olunur.Yəni, gecələr tez-tez oyanmaqdan bezmisinizsə, rasionunuzda meyvə və tərəvəzlərin miqdarını artırmaqla daha dərin və keyfiyyətli yuxuya sahib ola bilərsiniz.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.