AZ

Danışıqlar ləğv olundu: ABŞ də getmir

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın danışıqlarda imtinasından sonra ABŞ də eyni mövqeni sərgiləyib.

"Cebheinfo.az" xəbər verir ki, vitse-prezident Ceyms Devid Vens İranla danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik etməli olduğu Pakistana səfərini ləğv edib.

Bu haqda “Associated Press” (AP) ABŞ rəsmisinə istinadən məlumat yayıb:

“Vitse-prezident Vensin potensial danışıqlar üçün Pakistana səfəri təxirə salınıb”.

Qeyd edək ki, sabah Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqların ikinci raundunun keçirilməsi planlaşdırılırdı. Ancaq İran ABŞ tərəfinin razılaşmalara əməl etmədiyini əsas gətirərək danışıqlarda iştirakdan imtina edib.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
1
cebheinfo.az

2Mənbələr