Almaniyanın “Lufthansa” şirkəti, İran-İraq münaqişəsindən sonra reaktiv yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə artması səbəbilə oktyabr ayına qədər 20 min qısa məsafəli uçuşun ləğv edildiyini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən həftə pilotların və bort heyətinin tətil etməsi səbəbilə yüzlərlə uçuşu ləğv edən və artan xərclər səbəblə törəmə şirkəti “Cityline”ın fəaliyyətini dayandırmaq qərarına gələn “Lufthansa”, daha bir radikal qərar qəbul edib.
Mərkəzi Frankfurtda yerləşən şirkət tərəfindən yayımlanan açıqlamada, yanacaq qiymətlərinin ikiqat artması səbəbilə oktyabr ayının sonuna qədər 20 min qısa məsafəli uçuşun ləğv ediləcəyi bildirilib. Şirkət bu qərarın 40 min ton kerosinə qənaət edəcəyini açıqlayıb.
Açıqlamada qərarların dərhal tətbiq olunduğu və nəticədə ilk gün 120 uçuşun ləğv edildiyi bildirilir.(Apa)