AZ

İranda Mossadla əməkdaşlıqda ittiham olunan şəxs edam edildi

İranda İsraillə əməkdaşlıqda ittiham olunan şəxs edam edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İran məhkəmə sistemi ilə əlaqəli “Mizan News” agentliyi məlumat yayıb.

Bildirilib ki, çərşənbə günü bir nəfər İsrailin Mossad kəşfiyyat xidməti ilə “geniş əməkdaşlıq”da ittiham olunaraq edam edilib. Məlumata görə, Mehdi Fərid ölkənin həssas qurumlarından birinin mülki müdafiə komitəsində menecer vəzifəsində çalışıb.

Qeyd olunub ki, İran Ali Məhkəməsi onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxladıqdan sonra cəza icra olunub.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
97
16
redaktor.az

10Mənbələr