AZ

Misir mumiyasında Homerin İliada mətninin olduğu papirus tapılıb

Arxeoloqlar qədim Misir mumiyasının içərisində Homerin İliada əsərinin papirus nüsxəsini aşkar ediblər...

Poliqon The Independent-ə istinadən xəbər verir ki, bu, tarixdə ilk dəfədir ki, yunan ədəbi mətni mumiyalama prosesində istifadə olunub və kəşf qədim Misirdə dəfn mərasimləri və dini həyatın öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Papirus fraqmenti təxminən 1600 il əvvəl Roma dövrünə aid məzarda, Oksirinx şəhərində dəfn olunmuş mumiyada tapılıb. Fironlar dövründə bu şəhər Per-Medjed adı ilə tanınıb və yunan-roma Misirinin ən mühüm mərkəzlərindən biri hesab olunub. Onun qalıqları müasir Əl-Bəhnasa şəhərində, Qahirədən təxminən 190 km cənubda yerləşir.

Barselona Universitetinin Qədim Yaxın Şərq Araşdırmaları İnstitutunun tədqiqatçıları mumiyanı 2025-ci ilin noyabr-dekabr aylarında aparılan qazıntılar zamanı aşkar ediblər.

Məlumata görə, papirus mumiyalama mərasiminin bir hissəsi kimi cəsədin içinə yerləşdirilib. Daha əvvəl də içərisində yunan dilində yazılmış papiruslar olan mumiyalar tapılıb, lakin onların hamısı sehrli və ya ritual mətnlər olub.

Alimlər bildirirlər ki, İliada-dan olan bu papirus belə kontekstdə aşkar edilən ilk ədəbi nümunədir. Tapılan hissənin eposun ikinci kitabındakı "gəmilər kataloqu"na aid olduğu qeyd olunur. Bu mətnin niyə seçildiyi isə hələlik məlum deyil.

İliada nə haqqında bəhs edir?

24 kitabdan ibarət epik poema Homerin adı ilə əlaqələndirilir və eramızdan əvvəl təxminən 800-cü ilə aid edilir. Əsərin mərkəzində Troya müharibəsi, qəhrəmanlıq və yunan ordusunun ən güclü döyüşçüsü Axillesin faciəli taleyi dayanır.

Hadisələr müharibənin son ilinin bir neçə həftəsini əhatə edir və Axillesin Aqamemnon tərəfindən təhqir olunmasından sonra yaranan qəzəbi təsvir edir. Əsərdə qürur, taley, şərəf və ölüm mövzuları ön plana çıxır.

İliada qədim yunan mədəniyyəti və mifologiyasının mühüm elementlərini özündə birləşdirir və bu gün də актуallığını qoruyaraq müxtəlif adaptasiyalara ilham verir.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr