AZ

Quba qəzasında xəsarət alan sərnişin xəstəxanada öldü

Quba rayonu ərazisində, Dəlləkli kəndi yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı daha bir acı xəbər yayılıb.

Bizim.Media-nın məlumatına görə, rayon sakini Saməddin Hüseynovun idarə etdiyi “Chevrolet” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü və 3 sərnişin xəsarət almışdı.
 

Quba Rayon Mərkəzi Xəstəxanasında müalicə alan sərnişinlərdən biri - Vüqar Zərbəliyev ötən gecə tibb müəssisəsində vəfat edib.


Faktla bağlı araşdırma Quba Rayon Polis Şöbəsi tərəfindən aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
45
25
bizim.media

10Mənbələr