AZ

Lufthansa 20 min uçuşu ləğv etdi

Yazını böyüt
Yazını kiçilt

Alman aviaşirkəti Lufthansa, ABŞ-İsrail-İran münaqişəsindən sonra təyyarə yanacağının qiymətinin artması səbəbindən oktyabrın sonuna qədər 20 min qısa məsafəli uçuşu ləğv etmək qərarına gəlib.

Hafta.az yazır ki, ötən həftə pilot və bort heyətinin tətili səbəbindən yüzlərlə uçuş ləğv olunub və artan xərclər səbəbindən törəmə şirkəti olan Cityline-ın fəaliyyətini dayandırmaq qərarına gələn Lufthansa daha bir radikal qərar qəbul edib.

Frankfurtda yerləşən Lufthansa Qrupu tərəfindən yayımlanan açıqlamada, şirkətin bu qərarının 40 min metrik ton kerosinə qənaət edəcəyini bildirilib.

Şirkət həmçinin Lufthansa-nın marşrut şəbəkəsinin yenidən qurulduğunu və altı əsas mərkəzdə uçuşların optimallaşdırıldığını bildirib. Müvafiq olaraq, Almaniyadan yola düşən uzun məsafəli uçuşlarda sərnişinlər Frankfurt, Münhen, Sürix, Vyana, Brüssel və ya Romada transferlər etməli olacaqlar. Sərnişinlər bu əsas mərkəzlərdə transferlər vasitəsilə qlobal marşrut şəbəkəsinə daxil ola biləcəklər.

Qərara əsasən, Lufthansa-nın Frankfurtdan Polşanın Bıdqoş və Rzeşov, eləcə də Norveçin Stavanger şəhərlərinə uçuşları dayandırılıb. Lufthansa-nın əvvəllər Almaniyadan birbaşa uçuşlar həyata keçirdiyi Polşa və Norveç də daxil olmaqla ölkələrin 10 şəhərinə səyahət indi yalnız transferlər vasitəsilə mümkün olacaq.

Bəyanatda qərarların dərhal tətbiq olunduğu, ilk gündə 120 uçuşun ləğv edildiyi qeyd edilib. Həmçinin bildirilib ki, may ayının sonuna qədər uçuşları olan bütün sərnişinlərə qərarlar barədə məlumat verilib.

Seçilən
62
hafta.az

1Mənbələr