AZ

İran ABŞ-dan atəşkəsin uzadılmasını tələb və ya xahiş etməyib:

Vaşinqton tərəfindən elan edilən atəşkəsin uzadılması bir hiylədir və ABŞ tərəfindən İrana qarşı yeni qəfil hücum hazırlamaq üçün istifadə edilə bilər.

 

Senzor.az bildirir ki, İran Parlamenti sədrinin müşaviri Mehdi Məhəmmədinin "X" sosial şəbəkəsindəki paylaşımında belə deyilir.

 

Onun sözlərinə görə, məğlub tərəf kimi ABŞ-ın öz şərtlərini yürütmək hüququ yoxdur.

 

M. Məhəmmədi həmçinin qeyd edib ki, İran limanlarının davamlı blokadası mahiyyət etibarilə bombardmandan fərqlənmir və hərbi cavabla qarşılanmalıdır.

 

O bildirib ki, atəşkəsin uzadılması İrana qəfil hücum üçün vaxt qazanmaq cəhdidir.

 

“Tasnim” isə İranın atəşkəsin uzadılmasını istəmədiyi barədə məlumat yayıb. 

 

Qeyd edilib ki, rəsmi Tehran mövcud atəşkəs razılaşmasının uzadılması ilə bağlı Vaşinqtona hər hansı müraciət etməyib.

 

Vurğulanıb ki, Hörmüz boğazında tətbiq edilən blokadanın davam etməsi ABŞ-ın İrana qarşı düşmən siyasətinin göstəricisi kimi qiymətləndirilir.

 

Əlavə edilib ki, dəniz blokadası qüvvədə qaldığı müddətdə İran Hörmüz boğazını açmayacaq.

 

 

Seçilən
82
42
senzor.az

10Mənbələr