AZ

Neftçalada fermerlər üçün aqrotexniki təlimlər davam edir

Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü və müraciəti əsasında təşkil olunan aqrar təlimlıər davam edir.

Bu barədə İctimai Birliyin sədri Gülqədəm Mirzəzadə QHT.az-a məlumat verib. 21 Aprel 2026-cı il tarixində keçirilmiş təlimdə “Növbəli əkin, alternativ bitkilər və susuzluga davamlı bitki növləri, onların satışına dəstək, müştəri seqmentinə çıxış” mövzusunu əhatə edib.

QHT.az bildirib ki, fermerlərin ünvanladığı əkinçilik və məhsul satışı sahəsində onları maraqlandıran suallar üzrə təlimçilər tərəfindən ətraflı izahlar verilib. Təlim zamanı iştirakçıların fəallığı müşahidə edilib, qarşılıqlı müzakirələr aparılıb.

İştirakçılar interaktiv formatda keçirilən təlimdən razı qaldıqlarını ifadə edib, əldə etdikləri biliklərin gündəlik fəaliyyətlərində faydalı olacağını bildiriblər. Təlim Qaraman İcma Mərkəzində keçirilib.

Seçilən
29
qht.az

1Mənbələr