AZ

"Kapital Bank"ın ötən ilin sonuna likvidlik örtmə əmsalı açıqlanıb

Bakı. Trend:

2025-ci ilin sonuna "Kapital Bank"ın likvidlik örtmə əmsalı137.9% təşkil edib.

Trend xəbərverir ki, bunu "Kapital Bank"ın İdarə Heyəti sədrinin birincimüavini Cavid Mirzəyev bu gün təmsil etdiyi bankın 2025-ci ilinyekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirilənmətbuat konfransında deyib.

“Beynəlxalq reytinqlərimizi dəstəkləyən ən həlledicifaktorlardan biri də yüksək likvidlik səviyyəmizdir. Faizqazandıran aktivlərimizin böyük hissəsi qısa və ortamüddətlikreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlarayatırıldığı üçün Bankımız hər zaman yüksək likvidliyə malikdir.

Sonda qeyd etmək istərdim ki, 2025-ci ilin sonuna likvidlikörtmə əmsalımız (LCR) milli valyutada 102.7%, xarici valyutada310%, ümumilikdə isə 137.9% təşkil etmişdir. Bazel IIIstandartlarının tələb etdiyi 100%-lik minimum həddi əhəmiyyətlidərəcədə üstələməyimiz, Bankımızın hər cür bazar şəraitinə qarşıkifayət qədər möhkəm likvidlik buferinə sahib olduğunu nümayişetdirir”, - o vurğulayıb.

Məqalədə:
Seçilən
73
5
az.trend.az

5Mənbələr