AZ

Bakıda 38 dəqiqə dayanan ürəyi xilas edən həkimlər danışdı (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi verdiyimiz kimi, aprelin 19-da ictimainəqliyyatda vəziyyəti qəfil pisləşən şəxs insanların köməkliyi iləyaxınlıqdakı Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Həmin şəxsə elə xəstəxananın həyətindəcə ilkin tibbi yardımgöstərilib və ürəyi dayanan xəstə yenidən həyata qaytarılıb.

Həkimlərin bu cür peşəkarlıq nümayiş etdirməsi sosial şəbəkə dəgeniş müzakirə mövzusuna çevrilib.

Xəstəyə ilkin müdaxiləni Mərkəzi Neftçilər XəstəxanasınınÜrək-damar Cerrahiyyesi şöbəsinin Reanimasiya və intensiv terapiyabölməsinin müdiri Gülnarə Şəbiyeva, reanimasiya şöbəsinin həkimiSalatın Babayeva, eləcə də qəbul şöbəsinin həkimləri KairəYüzbaşıyeva və Könül Mirzəyeva həyata keçiriblər.

Hadisənin təfərrüatları barədə Reanimasiya və intensiv terapiyabölməsinin müdiri Gülnarə Şəbiyeva və qəbul şöbəsinin həkimi KairəYüzbaşıyeva Trend-ə açıqlama veriblər.

Həkimlərin sözlərinə görə, mavi kod elan edilib və mühafizəxidməti tərəfindən təcili yardıma məlumat verilib:

"Mavi kod xəstəxanalarda həyati təhlükə yaradan hallarda tətbiqolunan təhlükəsizlik sistemidir. Xəstə 1964-cü il təvəllüdlüdür, 62yaşı var. İlkin diaqnoz dəqiqləşdirilməmiş ürək dayanması, ritmpozğunluğu və ürək çatışmazlığı kimi qiymətləndirildi".

Həkimlər qeyd ediblər ki, xəstəyə ilkin müdaxilə 38 dəqiqə davamedib:

"Təcili yardım tərəfindən ilkin müdaxilə xəstəxananın həyətindəaparıldıqdan sonra xəstə qəbul şöbəsinə yerləşdirilib. Bütünreanimasion tədbirlər görülüb: xəstə intubasiya olunub, qapalı ürəkmasajı aparılıb, damar yolu acilib ve venadaxili adrenalinyeridilib,defibrilyasiya tətbiq edilib. EKQ çəkilib və qanda şəkərsəviyyəsi yoxlanılıb".

Onların sözlərinə görə, təcrübədə bu cür ağır hallarla deməkolar ki, hər növbədə rastlaşılır və müvafiq müdaxilələr edilir:

"Bəzi hallarda müdaxilə yalnız tibbi heyət tərəfindən aparılır,bəzi hallarda isə reanimasiya komandası ilə birlikdə mavi kodsistemi vasitəsilə həyata keçirilir. Xəstənin vəziyyətiqiymətləndirilərkən onun şüuru, tənəffüsü, periferik nəbzləriyoxlanılır, qıcıqlara və ağrıya reaksiyasıdəyərləndirilir".

İlkin müdaxilə ilə xəstəni həyətdəcə həyata qaytaran həkimlərvurğulayıb ki, cəmiyyət arasında ilkin tibbi yardım biliklərininartırılması vacibdir:

"Media vasitəsilə profilaktik və maarifləndirici tibbiverilişlərin hazırlanması faydalı olardı. Hər bir insan ilkinyardım göstərməyi bacarmalıdır. Gənclərin bir qismi bu biliklərəsahibdir və həkimlər də bu bacarıqları öz ailələrində öyrədirlər.Müasir dövrdə yol tıxacları səbəbindən xəstəni vaxtında xəstəxanayaçatdırmaq bəzən mümkün olmur, təcili yardım gecikə bilər. Beləhallarda ətrafdakı insanların ilkin yardım göstərməsi həyatiəhəmiyyət daşıyır".

Onların sözlərinə görə, həkimlər, əslində qapalı qapılararxasında çox ağır və məsuliyyətli iş görürlər, görünən isə bu işinyalnız kiçik bir hissəsidir.

Bakıda
Bakıda
Seçilən
19
4
az.trend.az

5Mənbələr