“İki sahil” xəbər verir ki, Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü İslam Abbasov (87 kq) təəssüratlarını bölüşüb: “Bu, çox çətin yoldur. Bildiyiniz kimi, yunan-Roma güləşi Avropa ölkələrində çox yüksək səviyyədə inkişaf edib. Bu səbəbdən Avropa çempionatı çox rəqabətli və gərgin keçir. Bu yarışa hazırlaşdığım müddətdə mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun! Hər il Avropa və dünya çempionatlarında verdiyin nəticələr sənin il ərzində hazırlığının göstəricidir. Məqsəd çempionluq idi. Sadəcə, bəzi çatışmayan cəhətlər oldu. Çalışacağıq ki, onu qarşıdakı yarışlarda aradan götürək. Tam yüz faizlik formamızı bərpa edib, gələcək yarışlara hazırlaşacağıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta