AZ

Qvardiola İtaliya millisini çalışdırmağa namizəddir - Açıqlama

İtaliya milli komandası ilə Avropa çempionu olmuş Leonardo Bonuççi "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın "Skuadra Azzurra"nın yeni baş məşqçisi olacağına ümid etdiyini bildirib.

Fanat.Az xəbər verir ki, "Gazzetta dello Sport" Bonuççinin açıqlamasını belə çatdırıb:

"Son günlərdə adı çəkilən mütəxəssislər içərisində mənim namizədim bəllidir. Sıfırdan başlamaq üçün həqiqətən istək varsa, Pep Qvardiolanı sınayardım. Onun gəlişi əvvəlkilərlə müqayisədə istiqamətimizin köklü şəkildə dəyişməsi demək olardı. Başa düşürəm ki, bu, olduqca çətindir, amma xəyal qurmaq olar".

Xatırladaq ki, İtaliya DÇ-2026-ya vəsiqə qazana bilmədikdən Cennaro Qattuzo milli komandanın baş məşqçisi vəzifəsindən istefa verib. Onun vəzifəsini müvəqqəti olaraq gənclərdən ibarət milli komandanın məşqçisi Silvio Baldiniyə tapşırılıb.

Mirağa

Seçilən
69
1
fanat.az

2Mənbələr