AZ

İki güləşçimiz final görüşünə çıxır

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

"Cebheinfo.az" xəbər verir ki, bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.

Elnurə Məmmədova (50 kq) təsnifat mərhələsində Polşa idmançısı Aqata Valerzakla üz-üzə gələcək.

Günay Qurbanova (59 kq) isə 1/4 finalda almaniyalı Elena Bruqqerlə qarşılaşacaq.

Bu gün həmçinin, Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yer uğrunda Suner Konunovla (UWW) qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

"Cebheinfo.az"

Seçilən
19
4
cebheinfo.az

10Mənbələr