AZ

Yeddi uşağın ölüm işi: "Həkim küvəzin yandığını görsə də, körpəni çıxarmağa cəhd etməyib"

Respublika Perinatal Mərkəzdə yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə cinayət işi üzrə sənədlər tədqiq edilib.

Məhkəmə iclasında müşahidə kameralarının qeydə aldığı videolar izlənilib. Videoda içərisində yeni doğulmuş uşağın olduğu küvəzin yandığı görünür.

Mehriban Abasquliyeva həmin video görüntüyə münasibət bildirib: "Həkim küvəzin yandığını görsə də, körpəni oradan çıxarmağa cəhd etməyib. Həmin küvəzdən körpəni sonradan sanitar işçi çıxarıb".

Müşahidə kameralarından görünür ki, həkim Leyla Abdullayeva yeni doğulmuş uşaqların olduğu otağı tərk edərək divanda yatmağa gedir. İçəridə olan həkim Validə Əliyeva isə başının şöbədə olan sənədləri vərəqləməyə qarışdığı bildirilib.Videodan aydın olur ki, otaqda növbədə olan digər həkim Validə Əliyeva küvəzdə yanğın başlasa da, bu yanğını çox gec görür.

Seçilən
23
publika.az

1Mənbələr