AZ

Dələduzluq halları ilə bağlı “Kapital Bank” nümayəndəsindən AÇIQLAMA

“Dələduzluq nəticəsində müştərilərdən oğurlanan, qaytarılması mümkün olmayan məbləğ böyük deyil”.

Bizim.Media xəbər verir ki, bunu "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş Risk inzibatçısı Ağarza Baxşiyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, müştərilərin ehtiyacları, dələduzluq hallarının niyə baş verdiyi daim araşdırılır:

"Bu vəsaitlər həm bank, həm tərəfdaşlar tərəfindən tərtib olunur. Bir çox müştərilərdə sığortalar olur. Bildiyimiz kimi, bəzi məhsullar sığortalarla birgə satılır. Dələduzluğa qarşı sığortalar da bu məbləğin geri qaytarılmasına dəstək olur. Kompleks tədbirlərlə çalışırıq ki, bu məbləğ minimum olsun".

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

Seçilən
46
1
bizim.media

2Mənbələr