AZ

YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün YeniAzərbaycan Partiyasının (YAP) namizədləri müəyyənləşib.

YAP-ın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 22-dəPartiyanın İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda MSK-nın üzvü seçilmək üçün YAP-ın namizədlərinin MilliMəclisinə təqdim edilməsi məsələsinə baxılıb.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir BudaqovYAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinətəqdim edib.

Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afətoğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu,Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızınınMərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızınınisə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisinə təqdimatverilməsi barədə qərar qəbul edilib.

İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatınrəhbəri Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilənetimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlararzulayıb.

Seçilən
37
42
az.trend.az

10Mənbələr